backend

Teatrda əlbəyaxa DAVA: aktrisanın başını yardılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mingəçevir Dövlət Dram Teatrının aktyorları arasında əlbəyaxa dava olub. 

Mingəçevir Dövlət Dram Teatrının aktyorları arasında əlbəyaxa dava olub.

Teatrın aktyorlarından olan Asim Məmmədov və İlqar Rəhimov mübahisə zamanı bir-birinə külqabı atıb. Nəticədə külqabı teatrın qocaman aktrisası, Əməkdar artist Ella Yaqubovanın başına dəyib. Aktrisa aldığı xəsarətdən xəstəxanaya yerləşdirilib.

Teatrın direktoru Səxavət Məmmədov aznews.az-a açıqlamasında baş verən hadisəni təsdiqləyib:

“Asim Məmmədovla İlqar Rəhimovun arasında mübahisə düşüb. Onların ikisi də teatrın daxili nizam-intizam qaydalarını pozub. Mən də rəhbər olaraq bununla bağlı tədbir gördüm. Hər ikisi cəzalanıb və töhmət verilib.”

Səxavət Məmmədov Əməkdar artist Ella Yaqubovanın səhhəti ilə bağlı məsələyə də aydınlıq gətirib: “Ella xanımın 70 yaşı var, insanların gözü önündə ayağı sürüşüb və yıxılıb. Bir balaca başından zədə alıb. Təcili Yardım çağırdıq, tibbi yardım göstərdilər. Əgər doğrudan da Ella xanımın başına külqabı dəysəydi, işə polis qarışardı.”

“Mediafax”-ın məlumatına görə, Mingəçevir Dövlət Dram Teatrında aktyorlar arasında əlbəyaxa dava düşüb. Nəticədə Əməkdar artist Ella Yaqubova başından ağır xəsarət alıb.