İrəvan Dövlət Azərbaycan Dram Teatrında dava düşüb.
İrəvan Dövlət Azərbaycan Dram Teatrında dava düşüb.
Bu barədə ölkə.az-a teatrın aktyoru Elçin Hacılı məlumat verib. Onun sözlərinə görə, teatrın texniki işçiləri tərəfindən döyülüb:
“Məni şərləmək istəyirlər. Amma niyə belə etdiklərini bilmirəm. Üç-dörd qadın – Nərminə Ağayeva, Sevinc Hüseynova və tanımadığım başqa qadınlar məni otağa salıb, üstümə cumdular. Nə baş verdiyini anlamadım”.
Hadisə vaxtı direktor İftixar Piriyev də teatrda olub. Direktorun üstünə təcili yardım çağırılıb.