Bu gün qəbul edəcəyimiz Qəbələ Bəyannaməsi Türk dövlətləri arasında əməkdaşlığı gücləndirəcək.
Tribunainfo.az xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə deyib.
O bildirib ki, təşkilat çərçivəsində həmrəylik, etimad daha da güclənib: “Bununla Qırğız Respublikası sədrliyini başa çatdırır və onu Azərbaycana ötürür. Əminəm ki, Azərbaycan öz tərəfindən Türk xalqlarının inkişafına yönəlmiş bütün səyləri inkişaf etdirəcək”.