Tbilisidə tutulan sonuncu şəxs də azadlığa çıxdıbackend

Tbilisidə tutulan sonuncu şəxs də azadlığa çıxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tbilisi Şəhər Məhkəməsi “xarici agentlər” haqqında qanun layihəsinə qarşı keçirilən etiraz aksiyaları zamanı saxlanılan sonuncu etirazçını da sərbəst buraxıb.

Tribunainfo.az xəbər verir ki, bu barədə məlumatı “Sputnik Gürcüstan” yayıb. Martın 8-nə keçən gecə saxlanılan Tornike Akopaşvili 1100 dollar həcmində girov müqabilində azadlığa buraxılıb.

O, polisə hücum etməkdə ittiham olunur və onu 4 ildən 7 ilə qədər həbs cəzası gözləyir. Akopaşvili isə öz növbəsində təqsirkar olmadığını bildirir. Xatırladaq ki, Gürcüstanda martın 7-si “xarici agentlər” barədə qanun layihəsinin qəbul edilməsindən sonra etiraz aksiyaları şiddətlənib. Ölkə parlamentinin qarşısında martın 7-8-i baş verən etirazlar zamanı 133 nəfər saxlanılıb. Gürcüstanın hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyası etirazlardan sonra qalmaqallı qanunu geri götürüb. Gürcüstan DİN isə aksiyalar zamanı saxlanılan bütün etirazçıların sərbəst buraxıldığını açıqlamışdı.