Tbilisidə parlament binasının qarşısında etiraz aksiyası bərpa edilib.
Rustaveli prospektini bağlayan etirazçılar hakim partiya əleyhinə müxtəlif şüarlar səsləndirirlər. Ərazidə gərginlik hökm sürür. Qanunverici orqanın ətrafına çox sayda xüsusi təyinatlı polis dəstələri, eləcə də su şırnağı maşınları cəlb edilib.