Tbilisi-Bakı reysini yerinə yetirən təyyarə texniki səbəblərdən gecikir

Tbilisi-Bakı reysini yerinə yetirən təyyarə texniki səbəblərdən gecikir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin J2-8230 nömrəli Tbilisi-Bakı reysini yerinə yetirən təyyarəsinin uçuşu texniki səbəblərdən gecikir.

Bu barədə Tribunainfo.az-a “Azərbaycan Hava Yolları” QSC-dən məlumat verilib. Bildirilib ki, gecikən reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin olunurlar. Yaxın saatlarda reysin Bakıya yola düşməsi gözlənilir.

Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.

“AZAL üçün uçuşların təhlükəsizliyinin bir nömrəli prioritet olduğunu və yaranmış narahatlığa görə üzrxahlığımızı bildiririk”, – məlumatda vurğulanıb.