“TBC Kredit” MMC nizamnamə kapitalını manatla müəyyənləşdirdi

“TBC Kredit” MMC nizamnamə kapitalını manatla müəyyənləşdirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“TBC Kredit Bank Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: 1400233171) təsisçisi – “TBC Bank” SC-nin nümayəndəsi Əliyev Kənan İlyas oğlunun qərarı ilə cəmiyyətin nizamnamə kapitalında dəyişiklik edilib.

12 fevral 2025-ci il tarixində Bakı şəhərində qəbul edilən qərara əsasən:
1. Cəmiyyətin Nizamnaməsinin 5.2 və 5.3-cü bəndlərinə dəyişiklik təsdiq edilib.
2. Azərbaycan Respublikası qanunvericiliyinin və Azərbaycan Mərkəzi Bankının yazılı göstərişinin tələblərinə uyğun olaraq, nizamnamə kapitalının valyutası ABŞ dollarından Azərbaycan manatı ilə əvəz olunub.
3. Kapitalın konvertasiyası nizamnamə kapitalının formalaşdırıldığı tarixlərdə Mərkəzi Bank tərəfindən müəyyən edilmiş məzənnələr əsasında həyata keçirilib. Nəticədə, cəmiyyətin nizamnamə kapitalı 8 616 720.00 (səkkiz milyon altı yüz on altı min yeddi yüz iyirmi) manat olaraq müəyyən edilib.

Kapitalın konvertasiyası aşağıdakı məzənnələr əsasında hesablanıb:
• 09 dekabr 1999-cu il – 5 000.00 ABŞ dolları, 1 USD = 0.8734 AZN → 4 367.00 manat
• 10 mart 2006-cı il – 2 395 000.00 ABŞ dolları, 1 USD = 0.9116 AZN → 2 183 473.00 manat
• 17 dekabr 2007-ci il – 400 000.00 ABŞ dolları, 1 USD = 0.8460 AZN → 338 400.00 manat
• 18 dekabr 2007-ci il – 7 200 000.00 ABŞ dolları, 1 USD = 0.8459 AZN → 6 090 480.00 manat

4. Dövlət qeydiyyatı məlumatlarında baş verən dəyişikliklərin rəsmiləşdirilməsi üçün müvafiq dövlət orqanına müraciət edilməsi qərara alınıb.