Dünya boksunun canlı əfsanəsi Mayk Tayson parkinson xəstəliyinə tutulub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə yutuber Ceyk Pol məlumat yayıb.
O bildirib ki, əfsanəvi boksçu uzun müddətdir ki, bu xəstəlikdən əziyyət çəkir.
C.Pol ötən il noyabrın 16-da M.Taysona qarşı keçirdiyi görüşdən öncə rəqibinin dərman qəbul etdiyini də açıqlayıb.
Qeyd edək ki, boksçular arasında keçirilən qarşılaşma C.Polun qələbəsi ilə yekunlaşıb.