Taylandda lotereyada bir milyon funt sterlinqə yaxın mükafatın qalibi olmuş Ciravuta Ponqfana, bəlkə də, ölkənin ən xoşbəxt insanlarından birinə çevriləcəkdi.
Ponqfananın ona qələbə qazandırmış bileti itirməsi bütün arzularını ürəyində qoyub və o, çıxış yolunu intihar etməkdə görüb.
Oxu.Az xəbər verir ki, bu barədə Britaniyanın “Mirror” jurnalında məlumat yayılıb.
Kişi qələbəni ailəsi və dostlarının ətrafında qeyd etmək istəyib, onları evinə dəvət edib. Ancaq ertəsi gün nə qədər axtarsa da, evdə bileti tapa bilməyib.
Ponqfana ona uğur gətirəcəyi ümidilə oxşar nömrələrdən ibarət ümumilikdə yeddi bilet alıb. Onları tapa bilmədikdən sonra depressiyaya düşüb və stres ucbatından işdən ayrılıb.
“Uçurumdan düşən” Ponqfana yanvarın 31-də intihar edib. Ölümündən qabaq qoyduğu məktubda bu sözlər yazılıb:
“Çox təəssüf edirəm. Xahiş edirəm ailəmə hədə-qorxu gəlməyin. Mən, həqiqətən, lotereyada qalib gəlmişdim”.
Qalib biletin aqibəti indiyə kimi məlum deyil.