TAXIL KORİDORUNDA YOLLAR AYRILIR – RUSLARIN YENİ MARŞRUTU BUDUR

TAXIL KORİDORUNDA YOLLAR AYRILIR – RUSLARIN YENİ MARŞRUTU BUDUR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna taxıl daşınması üçün yeni marşrut axtararkən, Rusiyanın bir müddətdir İran üzərindən yeni marşrut üzərində çalışdığı iddia edilir.

Tribunainfo.az Milliyet-ə istinadən xəbər verir ki, Rusiyanın Taxıl Dəhlizi Sazişindən çıxmasından sonra dünyada yeni qida böhranının qarşısını almaq üçün yeni marşrut axtarışları sürət qazanarkən, Rusiyadan razılaşmaya qayıtmaq barədə açıqlamaların ürəkaçan olmadığı görünür.

Rusiya Taxıl Dəhlizinin ən mühüm limanı olan Odessaya hücumlarını davam etdirərkən, alternativ marşrut kimi danışılan Dunay sahillərindəki Ukrayna limanlarını bombalayır.

Ancaq Rusiyanın uzun müddətdir yeni plan qurduğu iddiaları arasında bu da var. İddia olunur ki, Ukrayna taxıl daşınmasını davam etdirmək üçün başda Dunay çayı olmaqla müxtəlif marşrutlar axtararkən, Rusiya da öz taxılını ixrac etmək üçün oxşar iş görür.

Ukrayna mətbuatında yer alan iddialara görə, Rusiya tərəfdaşı kimi gördüyü İran üzərindən yeni marşrut planlaşdırır.
Eyni şəkildə Rusiya səlahiyyətlilərinin də bu mövzuda açıqlamalar verdiyi və İrandan yeni taxıl tranziti xətti kimi istifadə ediləcəyi bildirilir.

Digər bir iddia isə Rusiyanın bu marşrut üzərində çoxdan çalışması və Qara dənizdə Taxıl Dəhlizi Sazişindən çıxacağının artıq bəlli olmasıdır.

Rusiyanın yeni marşrutu paytaxt Moskvadan başlayır və Volqa çayı vasitəsilə ölkənin cənub-qərb sərhədlərinə enir. Xəzər dənizi vasitəsilə İranın Bəndər Ənzəli şəhərinə qədər davam edən marşrut İrandan keçərək cənubdan Fars körfəzinə qədər uzanır. Fars körfəzindən beynəlxalq sulara gedən marşrutun istiqamətləri Pakistan, Hindistan və hətta Çin ola bilər. Təxminlərə görə, bir müddətdir ki, bu ölkələrlə məsələ müzakirə olunur.