Tatoyan PANİKADA: Azərbaycan Ermənistanı ələ keçirmək üçün…backend

Tatoyan PANİKADA: Azərbaycan Ermənistanı ələ keçirmək üçün…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Ermənistanı ələ keçirmək proqramını dərinləşdirmək üçün konkret addımlar atır”.

Tribunainfo.az bildirir ki, bu barədə Ermənistanın keçmiş ombudsmanı Arman Tatoyan öz Facebook səhifəsində yazıb. O, xüsusilə qeyd edib: “Dünən hökumətyönlü televiziya şirkəti Baku TV-nin efirində Ermənistanın Şirak rayonunda yerləşən qədim erməni kilsəsi “Hariçavank” Azərbaycana məxsus V əsrə aid türk-xristian məbədi kimi təqdim edilib. Təsəvvür edirsinizmi, Ermənistana qarşı təcavüzkar siyasət nə dərəcədə dərinləşib? Yəni, V əsrdə “Azərbaycan” dövlətinin mövcud olması kifayət deyil, onun da xristian monastırları, kilsələri var idi. Bu video Artik erməni icmasının qondarma “Qərbi Azərbaycan”ın bir hissəsi olması barədə bütövlükdə saxtalaşdırılmış hekayəni təqdim edir. Videonun əsas məqsədi Ermənistanın minlərlə illik tarixini və Ermənistanı ələ keçirmək olan “Qərbi azərbaycanlılar Ermənistanda məskunlaşmalıdır” kimi yalan hekayələrdir. Azərbaycan hakimiyyətinin təkcə ermənifobiya deyil, həm də antixristian siyasəti nümayiş etdirilir. İndiki şəraitdə Azərbaycan hakimiyyətinin Ermənistanla sülh şəraitində yaşamaq niyyətində olduğuna inanmaq situasiyadan xəbərsizliyin və ya konkret siyasi məqsədlər güdməyin nəticəsidir”.