“Paşinyanın bu gün erməni apostol kilsəsinə qarşı etdikləri Azərbaycanın siyasəti ilə üst-üstə düşür”.
Tribunainfo.az xəbər verir ki, bunu Ermənistanın keçmiş deputatı və ombudsman Arman Tatoyan deyib.
Onun sözlərinə görə, QMİ-nin rəhbəri ŞeyxülHacı Allahşükür Paşazadənin bir qədər əvvəl Ümumdünya Kilsələr Şurasına göndərdiyi məktubdakı fikirlərlə Ermənistan hökumətinin açıqlamaları üst-üstə düşür. “Onların məktubunun məzmunu Ermənistanın baş nazirinin işlətdiyi sözlər, Ermənistan rəsmilərinin işlətdiyi terminlərdir. Azərbaycan üçün bu, Ermənistanın vahid məhv və işğal siyasətinin tərkib hissəsidir”.
Fərda Uğur