“Tasnim”: “Gürcüstandakı aksiyalar Orta Dəhlizə qarşıdır, Fransa edir”

“Tasnim”: “Gürcüstandakı aksiyalar Orta Dəhlizə qarşıdır, Fransa edir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda SEPAH-a yaxın olan “Tasnim” Agentliyi maraqlı iddia ilə çıxış edib. Tribunainfo.az xəbər verir ki, nəşr Gürcüstanda baş verən hadisələri təhlil edərək, oradakı müxalifətin başqa bir ölkənin əlinə oyandığını iddia edib.

Agentlik dərc etdiyi məqaləsində yazır ki, bütün proseslər Orta Dəhliz layihəsinə qarşı çevrilib. “Gürcüstanda daxili sabitliyi pozmaq cəhdlərinin arxasında Gürcüstandakı agentləri vasitəsilə Orta Dəhliz layihələrinə ziyan vurmağa çalışan “Fransanın əli” görünür”.

Agentlik belə bir qənaətə gəlməsinin əsas səbəbi kimi, müxalifətə keçmiş prezident Zurabişvilinin başçılıq etməsini göstərib. “Fransa vətəndaşı olan Zurabişvili aksiyaların əsas təşkilatçısıdır. Əyalətlərin qarışdırılması və onlardan Tiflis hökumətinə qarşı istifadə olunması da aydın göstərir ki, bu işlərin arxasında Fransa dayanır. Üstəlik, Paris bununla Orta Dəhliz layihəsnin qarşısını almağa çalışır”.

Xatırladaq ki, Orta Dəhliz Azərbaycanın strateji maraqları çərçivəsindədir. Həmin dəhlizin ölkəmiz üzərindən keçməsi, habelə əsas funksional rol almağımıza səbəb olması Bakının daha çevik addımlar atmasını şərtləndirib. Rəsmi Bakı birmənalı olaraq bu layihənin tərəfdarıdır. Görünür, Azərbaycan tərəfində bu barədə məlumat varmış ki, həmin səbəbdən də Gürcüstanda legitim hakimiyyəti dəstəkləyib.