İranda yayınlanan “Tasnim” Agentliyi Zəngəzur dəhlizi ilə bağlı geniş yazı ilə çıxış edib.
Tribunainfo.az xəbər verir ki, yazıda Zəngəzur dəhlizi ətrafında baş verənlərdən, Azərbaycan və Ermənistanın istəklərindən geniş bəhs olunur.
Həmçinin müəllif bu mövzuda tərəflər arasındakı fikir ayrılıqları, Rusiyanın rolu məsələsinə də toxunub. Agentlik məqaləsində iddia edib ki, 10 noyabr razılaşması Rusiyaya açıqlacaq istənilən dəhlizdə monitorinq aparmağa imkan verəcək.
“Tasnim” çıxş yolu kimi, Klininqrad modelini önə sürüb. “Görünür, bu mövzuda anlaşma əldə etməyin yollarından biri Kalininqrad modelidir. Həmin modellə bağlı razılaşma olarsa, Rusiya ilə Litva arasındakı anlaşmaya bənzər saziş imzalana bilər”.
Fərda Uğur