“Mərkəzi Asiya və Qafqaz ölkələri monetar islahatlar, dedollarizasiya və iqtisadiyyatın diversifikasiyası vasitəsilə güclü fiskal qalxanlar qurmuş və dayanıqlığını artırmışlar”.
Tribunainfo.az xəbər verir ki, bu fikirlər İranın məşhur “Tasnim” Agentliyinin dərc etdiyi yazıdandır.
Agentlik məqaləsində qeyd edir ki, Azərbaycan tranzit dövlətə (Orta dəhliz) çevrilməkdə uğurlu nümunədir.
Yazıda qeyd edilir ki, Azərbaycanın unikal üstünlükləri var. “Azərbaycanın unikal üstünlüyü ondan ibarətdir ki, o, artıq iqtisadi cəhətdən təkcə karbohidrogenlərdən asılı olan ölkə deyil. Həmçinin coğrafi və logistik mövqeyinə görə tranzit dövlətə çevrilir. Bu, strateji xarakterli keyfiyyət dəyişikliyidir”.
Agentlik məqaləsini belə yekunlaşdırıb: “Azərbaycan sadəcə olaraq coğrafi mövqeyindən istifadə etmir. Həm də coğrafiyanı iqtisadiyyata, tranziti isə geosiyasi təsir rıçaqına çevirir . Bu, Brent markalı neftin qiymətindən asılı olmayaraq bank sektoru üçün tamamilə yeni bazar açır”.
Fərda Uğur