Taron Çaxoyan: “Qarabağ insanların gözünü və ağzını bağlamaq üçün bir yol idi”

Taron Çaxoyan: “Qarabağ insanların gözünü və ağzını bağlamaq üçün bir yol idi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Qarabağ onlara lazım deyildi. Qarabağ sadəcə oğurluq vasitəsi, insanların onların soyğunçuluğuna gözünü və ağzını bağlamaq üçün bir yol idi. 
Qaynarinfo xəbər verir ki, bu barədə Ermənistanda Qarabağ “klanı”nın əməllərini şərh edən Ermənistanın baş nazirinin aparat rəhbərinin müavini Taron Çaxoyan öz Facebook səhifəsində yazıb.
Ermənistan rəsmisinin sözlərinə görə, onlar Qarabağ kartından Ermənistanın daxilində dövlət çevrilişi həyata keçirmək üçün istifadə edib.

“30 il ərzində Qarabağ oğruluq üçün istifadə edilib və sonda oğurluğu davam etdirmək məqsədilə Ermənistanda çevriliş təşkil etmək üçün istifadə edilib. Məqsəd vasitələrə haqq qazandırır. Ya Ermənistan yeni müharibəyə girəcək, böyük itkilər verəcək və çevriliş etmək mümkün olacaq, ya da Qarabağda baş verən faciəvi hadisələrə görə emosional dalğa qaldırıb Ermənistanda çevriliş edəcəkdilər.
Budur bütün reallıq, acı reallıq. Bu, Ermənistan tarixinin ən acı və ağrılı səhifələrindən birinə çevrildi, biz yenidən daxili əclaflar və satqınlar ucbatından əziyyət çəkdik və uduzduq”, – Taron Çaxoyan yazır.