Nyu-Yorkda konsert verməyə hazırlaşan Tarkan dünən sosial mediada paylaşdığı yataq fotosunu xanımının təkidi ilə silib. Nyu-Yorkda konsert verməyə hazırlaşan Tarkan dünən sosial mediada paylaşdığı yataq fotosunu xanımının təkidi ilə silib.
Bu gün və sabah ABŞ-da konsert verməyə hazırlaşan müğənni Tarkan İnstaqramda paylaşdığı foto ilə gündəmə gəlib.
TİA.AZ bildirir ki, Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, o, konsertöncəsi yataqdan olan foto paylaşaraq yazıb:
“Konsert həyəcanı bürüyüb. Yuxum da qaçdı. Yenə də yatmağa çalışmalıyam, sabaha enerji yığmalıyam”.
Foto 2 saat içində 40 mindən çox insan tərəfindən bəyənilib.
Məlumatda bildirilir ki, qısa müddətdə çoxlu insan tərəfindən bəyənilən foto xüsusilə qadın fanatlarını təəccübləndirmişdi.
Ancaq Tarkan az sonra bu fotonu silib. Deyilənlərə görə meqastarın xanımı onun yarıçılpaq fotosuna etiraz edib.
Onu da qeyd edək ki, dünyaca tanınmış müğənni Tarkanın 3 və 4 mart tarixlərində Amerikada konsert verəcəyi gözlənilir.