Türkiyəli müğənni Tarkan həyat yoldaşı Pınar Tevetoğlu ilə Almaniyanın Ziqburq şəhərində “Tuscolo” adlı pizza restoranında nahar edib.
Türkiyəli müğənni Tarkan həyat yoldaşı Pınar Tevetoğlu ilə Almaniyanın Ziqburq şəhərində “Tuscolo” adlı pizza restoranında nahar edib.
TİA.AZ-ın “Takvim”ə istinadən verdiyi məlumata görə, sənətçi yeyib-içdikdən sonra 50 avro hesab ödəyib.
Meqastar onunla xanımına xidmət edən iki türk ofisianta jest edərək 450 avro bəxşiş verib.
Qeyd edək ki, Tarkan sadəcə musiqi sahəsindəki uğurları ilə deyil, həm də uşaqlar, təhsil, ətraf mühit və heyvanlarla bağlı fəaliyyət göstərən bir çox dərnəyə göstərdiyi külli miqdarda maliyyə yardımı ilə həmkarlarından fərqlənir.