Türkiyənin sevilən sənətçisi Tarkan Elon Maskın 1,7 milyard dollarlıq təklifini rədd edib.
Tribunainfo.az xəbər verir ki, Elon Maskdan Tarkana “Cybertruck” elektrikli avtomobil tanıtım təklifini göndərilib. Ancaq heç kimin gözləmədiyi bir səbəbdən müğənni təklifi rədd edib.
Sənətçiyə yaxın mənbələrin verdiyi məlumata görə, Tarkan Tesla-nın istehsal proseslərində ətraf mühitə vurduğu zərərlə bağlı narahatlığını bildirib. Xüsusilə, batareya istehsalı üçün istifadə olunan litium və kobalt mədənçiliyinin ətraf mühitə təsiri və bu proseslərdəki insan hüquqları pozuntuları Tarkanın qərarında həlledici rol oynayıb.
“Pul hər şey deyil. Gələcək nəsillərə təmiz bir dünya buraxmaq mənim üçün hər cür maddi qazancdan daha önəmlidir”, – deyə Tarkan bildirib.
Nigar İxtiyarqızı