Xəbər verdiyimiz kimi, iyulun 23-25-də Bakıda keçirilən “Formula 1 Grand Prix” yarışları ərəfəsində konsert vermək üçün Tarkan, Meray Keri, Nikol Şerzinger və “Black Eyed Peas” paytaxtımıza gələcək. Xəbər verdiyimiz kimi, iyulun 23-25-də Bakıda keçirilən “Formula 1 Grand Prix” yarışları ərəfəsində konsert vermək üçün Tarkan, Meray Keri, Nikol Şerzinger və “Black Eyed Peas” paytaxtımıza gələcək.
Tarkan açılış günündəki çıxışı üçün 1 milyon 800 min lirə (təxminən 900 min manat və ya 500 min dollar) alacaq.
Yarışların son günündə isə M.Keri səhnəyə çıxacaq. ABŞ mediasında yer alan xəbərə görə, pop diva bu çıxışı üçün Tarkandan iki dəfə az məbləğ, 250 min dollar qazanacaq.
Türkiyə mediası bu xəbəri “Meqastar Bakıda öz fərqini ortaya qoydu” başlığı ilə verib. Ayrıca Tarkan və Meray Keri üçün Bakının 7 ulduzlu otellərindən birində, 2 kral dairəsinin ayrıldığı qeyd edilib.