TARİXİ SƏFƏR – Tokayev Papaya nə verdi?

TARİXİ SƏFƏR – Tokayev Papaya nə verdi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Roma Papası Fransisk Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevi qəbul edib.

Tribunainfo.az Kazinform-a istinadən xəbər verir ki, prezident Tokayev Roma Katolik Kilsəsinin rəhbərinə Qazaxıstandakı Karakol gölünün təsviri olan mozaika, həmçinin “Sülh quşu” adlı kiçik suvenir əsərini hədiyyə edib.

Mətbuat xidməti aydınlaşdırıb ki, bu hədiyyələr papanın 2022-ci ilin sentyabrında Dünya və Ənənəvi Dinlər Liderlərinin Qurultayında iştirak etdiyi Qazaxıstana səfərini xatırlamaq üçün nəzərdə tutulub.

Tokayev üçün bu, onun dövlət başçısı kimi Vatikana ilk səfəridir.

Ənənəyə görə, Roma Papası ilə söhbətdən sonra Dövlət Departamentində danışıqlar aparılır, danışıqlarda beynəlxalq gündəliyin aktual məsələləri müzakirə olunur.