Tarixi Qədim Misirə dayanan “Timsahın göz yaşları” deyimi haqqında maraqlı FAKTLAR

Tarixi Qədim Misirə dayanan “Timsahın göz yaşları” deyimi haqqında maraqlı FAKTLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ac olanda balalarını belə yeyən timsahlar son dərəcə qəddar heyvanlardır.

Lakin belə bir qəddar heyvanla bağlı incə bir misal var: Timsahın göz yaşı

Səmimiyyətinə inanmadığımız insanların göz yaşlarını timsahın göz yaşları ilə müqayisə edirik. “Timsahın göz yaşları” deyimi bir çox siyasətçi, sənətçi və məşhur adlar üçün istifadə olunur. Bəs bu bənzətmə haradan qaynaqlanır, ilk dəfə nə vaxt ortaya çıxıb?

Tarixi mənbələrə görə, bənzətmə ilk dəfə Qədim Misirdə ortaya çıxıb. Bu yazıda Qədim Misirdən qaynaqlanan deyimin tarixini araşdırdıq!

timsah gözyaşları

Musavat.com “Timsah göz yaşları” deyimi haqqında maraqlı faktları təqdim edir.

14 -cü əsrdə ədəbiyyatda daha geniş yayılmış bu deyim bir çox dildə və mədəniyyətdə istifadə olunur. Keçmiş mədəniyyətlərdən gələn və hər kəsin dilində öz yerini tutan bu deyim timsahların şikarlarını amansızcasına parçaladıqları zaman ağlamalarından qaynaqlanır. Amma bu ağlama düşündüyümüz kimi kədərdən irəli gəlmir. Timsahlar nəinki ov edərkən, həm də zaman-zaman qurumuş gözlərini nəmləndirmək üçün də ağlayırlar. Qədim Misirdə elmin o qədər də inkişaf etmədiyi zamanda timsahların göz yaşı tökməsinin səbəbinin şikarını cəlb etmək və ya kədərini göstərmək olduğu düşünülürdü. Məhz buna görə də “timsahın göz yaşları” ifadəsi məsəl kimi işlədilir. Bir nəfər başqasına zülm edib, sözdə isə yalandan onun halına acıyanda deyirlər ki, filankəs timsah kimi göz yaşı tökür.

Araşdırmalar timsah göz yaşları ilə bağlı bir sirri də üzə çıxarıb. Belə ki, vacib mineral maddələrlə zəngin olan timsah və qurbağanın göz yaşları çoxalma qabiliyyətini artırır. Bizim lağ obyektimizə çevrilən timsahın göz yaşları əslində, şəfa mənbəyi sayılır. Bəlkə siz də heyvanlarla bağlı sənədli filmlərdə timsahların və tısbağaların üzərinə qonan kəpənəkləri görmüsünüz. Bu vaxta kimi araşdırmaçılar kəpənəklərin bu hərəkəti niyə etdiklərini bilmirdilər. Ancaq araşdırmalar göstərib ki, kəpənəklərlə timsah və tısbağalar arasında çox maraqlı bir əlaqə var. Belə ki, bəzi kəpənək növləri bu heyvanların göz yaşları ilə qidalanırlar. “National Geographic”də yer alan məlumatlara görə, kəpənəklər çoxalma qabiliyyətlərini artırmaq və onlara vacib olan mineral maddələri əldə etmək üçün timsah və tısbağaların göz yaşlarını içirlər.

Keçmişdə Nil sahilində işləyən və yaşayan qədim misirlilər günün istənilən vaxtında timsahların hücumuna məruz qala bilərdilər. Qədim Misir inancına görə, Sobek adlı Misir tanrısı timsah şəklində idi və buna görə də timsah müqəddəs sayılırdı. Qədim misirlilərin tanrılarını müqəddəs hesab edib balzamladıqlarını nəzərə alsaq, timsahlar da mumiyalana bilərlər. 5 il əvvəl tapılan 2500 illik timsah mumiyası da bu fikirləri təsdiqləyir. Qədim Misirdə timsahın ehtiram və müqəddəsliyindən doğan bu deyim hələ də geniş istifadə olunur.

Qədim yunan tarixçisi Plutarxın yazıları göstərir ki, bu deyim timsahların olmadığı ölkələrdə belə orta əsrlərə qədər istifadə edilib. Belə ki, deyimə cəngavərlərin dünyadakı sərgüzəştlərindən bəhs edən, 14-cü əsrdə nəşr olunan “The Travels of Sir John Mandeville”də, həmçinin Vilyyam Şekspirin pyeslərində rast gəlinir.

Turan Oruc