“Tarixi Abidələrin Bərpası” məktəbi Mak’TAB dinləyicilərinə öz qapılarını açırbackend

“Tarixi Abidələrin Bərpası” məktəbi Mak’TAB dinləyicilərinə öz qapılarını açır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tarixi-memarlıq abidələrinin qorunması, bərpası, onların tarixi görünüşünün qorunub saxlanılması dövlətimizin önəm verdiyi prioritet istiqamətlərindəndir. Bu gün ölkəmizdə abidələrin tədqiqi, mühafizəsi, bərpası, mədəniyyət nümunələrinin beynəlxalq aləmdə təbliği istiqamətində böyük işlər görülür.

Bütün bunlar isə Azərbaycanın qlobal dünyaya öz mənəvi mədəniyyəti ilə birgə inteqrasiyasını təmin edir.

“Tarixi Abidələrin Bərpası” məktəbi Mak’TAB “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Avstriyanın “Atelier Erich Pummer GmbH” şirkəti, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi və Azərbaycan Memarlıq və İnşaat Universitetinin birgə səyi və təşəbbüsü ilə görülən çoxsaylı işlərə öz dəstəyini göstərmək üçün tətbiq olunub. Məqsəd Azərbaycanda bərpaçıları həmin təlimə cəlb edərək onlara tarixi abidələrin bərpası istiqamətində əlavə biliklər qazandırmaqdır.

Dinləyicilərə tarixi abidələrin bərpası istiqamətində təcrübəli mütəxəssislər tərəfindən gələcəkdə ölkədə aparılan çoxsaylı quruculuq işlərinə öz töhfələrini verə biləcək nəzəri və praktik təlimlər keçiriləcək.

Müraciətlər 05.10.2022 – 17.10.2022-ci il tarixləri ərzində qəbul olunur.

Qeydiyyat üçün aşağıdakı link-ə daxil olmağınız, anketi doldurub göstərilən e-ünvana göndərməyiniz xahiş olunur.

link: https://goo.su/Uxu4eKy
e-mail: maktab@icherisheher.gov.az