Fevralın 17-dən 18-nə keçən gecə Kaliforniya ştatının Anaheim şəhərində qarışıq döyüş növləri üzrə UFC 298 turniri baş tutub.
Tribunainfo.az xəbər verir ki, gecənin əsas döyüşündə gürcü əsilli ispan İliya Topuriya avstraliyalı Aleksandr Volkanovskini nokaut edib.
Döyüş ikinci raundda nokautla başa çatıb. Hakim mübarizəni dayandırıb.
Beləliklə, İlya UFC çempionu titulunu qazanıb.
Qeyd edək ki, Topuriya ilk dəfə olaraq ən prestijli promosyonun çempionu olub.