Bu gün dünyadakı faşizm, irqçilik və antisemitizmə qarşı (International Day Against Fascism, Racism and Antisemitism) Beynəlxalq Mübarizə günüdür Bu gün dünyadakı faşizm, irqçilik və antisemitizmə qarşı (International Day Against Fascism, Racism and Antisemitism) Beynəlxalq Mübarizə günüdür.Adolf Hitlerin 1933-cü ildə hakimiyyətə gəlməsi ilə yəhudilərin hüquqlarının məhdudlaşdırılması tətbiq olunmağa başladı. 1933-cü il 1 aprel tarixində Adolf Hitler alman xalqını yəhudi dükanlarına qarşı boykota dəvət etdi.
Bu boykot yəhudi dükanlarının sökülməsi, qarət edilməsi və sahiblərinin döyülməsi ilə nəticələndi.1935-ci ildə yəhudilərin vəziyyəti yenə pisləşdi. Yəhudilərin həkimlik, əczaçılıq, əsgərlik və bir çox işlərdə çalışması qadağan edildi. 1935-ci ildə iyun ayında Berlində təkrar yəhudi dükanlarının sökülməsi ilə yenidən bir dirçəlmə reallaşdı. 15 sentyabr 1935-ci il tarixində “Nurnberg qanunları” qəbul olundu. Bu qanuna görə ari irqdən olmayanlar “aşağı sinif” insanlardır və ari irqə aid insanlarla ailə qurmaları qadağan olundu.1936-cı ildə Berlində keçirilən Olimpiada oyunları ilə bütün dünyanın diqqətinin Almaniyaya yönəlməsi sayəsində bir müddət üçün yəhudi nifrəti, antisemitizmtətbiqetmələri arxa planda qalır. Amma 1938-ci ildən etibarən antisemitizm əvvəlkindən daha şiddətli şəkildə geri dönür. 1938-ci ilin yanvarından etibarən yəhudilərin yalnız yəhudi adlarından və soyadlarından istifadə etməsi haqqında yeni qayda qəbul olundu. Yəhudi olan bir kəs artıq dövlətdən sosial yardım ala bilməz.
Yəhudilərə yenə bir çox peşə qadağan olundu. Yəhudi tələbələr və şagirdlər almanlardan ayrı təhsil almalı idilər. Berlində 1600 yəhudi toplanaraq bağlı düşərgələrə aparılır. Bu xəbər yayıldıqddan sonra işsiz yəhudilərdən və ən kasıblarından bir qismi xaricə getməyə məcbur qalırlar. Qısa bir zaman sonra yəhudilərin qaçmaqları da çətinləşir — bir çox ölkə yəhudi köçlərini geri qaytarmağa başlayır.Alman Nasional Sosialist Fəhlə Partiyası (ANSFP) 1938-ci ilin noyabrında bir çox qiyam təşkil etdi. Ən şiddətli qiyam 9-10 noyabrda həyata keçirilən “Kristal gecə”dir. Bu qiyamda yüzlərlə illik tarixi olan sinaqoqlar, yəhudilərin dükanları, evləri və digər mülkləri yandırıldı və 400 yəhudi öldürüldü. Digərləri döyüldü və alçaldıldı. Bundan sonrakı bir neçə gün içində 36.000 yəhudi xüsusi düşərgələrə köçürüldü.
Hitlerin sağ qolu Gebbels bu qiyamlardan sonra qəzetlərə bu başlıqla xəbər yazdı: “Xalqın ruhu qaynadı və sonunda daşdı”. Bundan sonra yəhudilərin bəzi digər haqqları da əllərindən alınmışdır. Artıq yəhudilərə ticarət etmək və bir çox digər şey qadağan edildi. Artıq bir yəhudi sırf işçi olaraq işləyə bilər.Hazırda 49 ölkə və 500-dən çox təşkilat bu günü qeyd edir. Son illər islamofobiya və antimiqrant siyasəti Avropada gücləndiyi üçün antisemmitizm arxa planda qalıb.
NÜŞABƏ
TİA.AZ