TARİX KİTABLARINA DÜŞƏCƏK PAYLAŞIM…

TARİX KİTABLARINA DÜŞƏCƏK PAYLAŞIM…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

3 il öncə, 2020-ci ilin bu günü Müdafiə Nazirliyinin sosial şəbəkədə etdiyi paylaşım gündəm olub.

Tribunainfo.az yazır ki, müharibənin başlamasıyla bağlı paylaşıma 10 mindən çox bəyənmə gəlib.

Nazirliyin “Bütün cəbhə boyu qoşunlarımız əks-hücum əməliyyatına başlayıb” sözlərinə indi də şərhlər yazılır, bəyənmə gəlir. Bir çoxları bu paylaşıma “qürurla anırıq”, “tarix kitabına düşəcək paylaşım”, “Qarabağ Azərbaycandır” kimi rəylər yazıb.

Artıq 3 ildir sözügedən paylaşım hər 27 sentyabr tarixində gündəm olur və paylaşılır.