Sentyabrın 7-də axşam baş verəcək tam Ay tutulması təxminən 82 dəqiqə davam edəcək. Tutulma qırmızı “Qanlı Ay” görünüşü ilə diqqət çəkəcək.
Tribunainfo.az “Sözcü” nəşrinə istinadən bildirir ki, dünyanın müxtəlif yerlərindən görünəcək tutulma, Ayın qırmızımtıl rənginə görə “Qanlı Ay” adlandırılır.
Təxminən 82 dəqiqə davam edəcək tam tutulma mərhələsi 2025-ci ilin ən uzun və ən diqqət çəkən göy hadisələrindən biri olacaq.
Qeyd edək ki, tam Ay tutulmaları Yer Günəşlə Tam Ay arasından keçəndə baş verir. Ay Yerin kölgəsinə girən kimi tamamilə qaralmaq əvəzinə, qırmızıya çevrilir. Bu rəng dəyişikliyinə qısa dalğa uzunluğunda işığın atmosferə səpilməsi və Ay səthində qırmızı çalarların əks olunması səbəb olur.
Dəniz Pənahova