Tarasov: İran qoşunları Zəngəzura girməyə hazırdır

Tarasov: İran qoşunları Zəngəzura girməyə hazırdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Əhmədian İran qoşunlarının Ermənistan ərazisinə yerləşdirilməsi imkanı ilə bağlı müavilə bağlamağı təklif edib”.

Tribunainfo.az xəbər verir ki, bu iddia ilə rus politoloq Stanislav Tarasov “Svobodnaya pressa” qəzetindəki məqaləsində çıxış edib.
O bildirib ki, Yaxın Şərqdəki böyük böhranın sunami dalğaları Cənubi Qafqaza da çatmağa başlayıb.
Tarasov deyir ki, İran Ermənistanın Meğri bölgəsinin Azərbaycan tərəfindən tutula biləcəyindən şübhələnir. “Tehranın Bakıya çəkindirici təsir göstərmək imkanları daha böyükdür. Yalnız ona görə ki, Azərbaycan Rusiya ilə birlikdə Şimal-Cənub qlobal geoiqtisadi layihəsinin iştirakçısıdır və Qafqazda geosiyasi sabitlikdə maraqlıdır”.
O vurğulayıb ki, Ermənistan başqa məsələdir. “Əhmədian İrəvana səfəri zamanı Ermənistana Avropa İttifaqının sərhəd rayonlardakı müşahidə missiyasından imtina etməyi təklif edib”.
Tarasov qeyd edib ki, İran qoşunlarını Ermənistana gətirmək barədə təklifini fərli əsaslandırmağa çalışıb. “Onu belə əsaslandırıblar ki, bu, xarici hərbi qüvvələrin Ermənistanda olması hesab edilməyəcək və yalnız vəziyyəti sabitləşdirəcək”.