Politoloq Stanislav Tarasov qəzetə açıqlamasında qeyd edir ki, “Bayramovun Ankaraya səfərinin bir sıra özəllikləri var. Hər şeydən əvvəl onlar fon təmin edirlər”. Tribunainfo.az xəbər verir ki, bu fikirlər rus politoloq Stanislav Tarasova məxsusdur.
O, “REX” jurnalına açıqlamasında bildirib ki, əsas məsələ Ankara görüşünün Bakıdakı Əliyev-Putin görüşündən sonra reallaşmasıdır. “Bu, təsadüfi deyil. Nəzərə alsaq ki, Bakıda Putinlə Əliyev Ermənistan-Azərbaycan nizamlanması məsələsi barədə danışıblar. Ola bilsin ki, həmin danışıqlar nəticəsində əldə olunmuş razılaşmalar əsasında Türkiyə və Azərbaycanın xarici siyasət idarələrinin rəhbərləri məsləhətləşmələr aparıblar”.