Tarasov: “Azərbaycan tələblərində haqsız deyil”

Tarasov: “Azərbaycan tələblərində haqsız deyil”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanla Azərbaycan arasında sözlü toqquşma gedir. Əslində, bu qəribə vəziyyətdir”. 

Tribunainfo.az xəbər verir ki, bu fikirlər Yaxın Şərq və Qafqaz üzrə ekspert Stanislav Tarasova məxsusdur.

O bildirib ki, Ermənistanın baş naziri Azərbaycanın tələbləri ilə razılaşaraq Konstitusiyaya düzəlişlər etməyə hazırdır. “Lakin məlumdur ki, Bakının da başqa tələbləri var. Demək istəyirəm ki, bütün bu qeyd-şərtlər dərin siyasi etimadsızlıqdan xəbər verir”.

Onun sözlərinə görə, sülh müqaviləsi çoxdan imzalana bilərdi. “Xüsusən də bəndlər razılaşdırıldıqdan sonra. Lakin proses ləngiyir”.

Tarasov Azərbaycanın tələblərinin haqlı olduğunu dolayısı ilə təsdiqləyib. “Azərbaycan Prezidenti maksimum güzəştlərə nail olmaq, hüquqi sahəni təmizləmək istəyir ki, Ermənistanın gələcək hakimiyyətinin Qarabağ məsələsini canlandırmaq üçün zərrə qədər də hüquqi bazası olmasın”.

Rus ekspert hesab edir ki, Ermənistan hakimiyyətinin mövqeyi əyalət təfəkkürünü əks etdirir. “Onlar həmişə olduğu kimi, zamanın gerisindədirlər və hətta sonuncu vaqonda deyil, dünya siyasətinin kənarındadırlar. Onların irəli sürdüyü tələblər Ermənistanın daxilində yaşayan, lakin onun hüdudlarından kənarda yaşayan vətəndaşlar üçün maraqlı ola bilər. Onların “əsl Ermənistan” nəzəriyyəsini mənimsəmələri isə bu gün onların kökündən ermənilərin axtarışına, tənqidlərinə tab gətirmir”.

Fərda Uğur