“Tramp yolu” kimi tanınan sənədin imzalanması sırf diplomatik və ya iqtisadi hadisə deyil. Əksinə, Cənubi Qafqazın geosiyasi arxitekturasına məqsədyönlü müdaxilə kimi qiymətləndirilməlidir”.
Tribunainfo.az xəbər verir ki, bu sözlərin müəllifi iranlı ekspert Hüseyn Şahpəri Taraidir.
O qeyd edib ki, İran üçün bu layihənin birinci nəticəsi şimal-qərbdə geostrateji dərinliyin azalmasıdır. “Bu inkişaf, əgər Bakı-Ankara halqasının tamamlanması ilə müşayiət olunarsa, Xəzərdən Anadoluya qədər struktur olaraq İranın milli maraqlarına zidd hərəkət edə biləcək tutarlı bir ox yaradacaq”.
Tarai hesab edir ki, əsas risk idarəetmə ölçüsündədir. “Əgər Ermənistan Trampın təklif etdiyi çərçivədə “zəmanətli çıxış” və ya “yarı sərhəddən kənar” modelləri qəbul etsəydi, o, özünün ən həssas coğrafi bölgəsindəki suverenliyinin bir hissəsindən imtina edəcək və bu keçidi İrana siyasi, iqtisadi və təhlükəsizlik təzyiqi vasitəsinə çevirəcəkdi”.
İranlı ekspertin sözlərinə görə, Zəngəzur dəhlizini bəsit bir layihə hesab etmək olmaz. “Zəngəzur marşrutunu sadə tranzit layihəsi hesab etmək olmaz. Geosiyasi baxımdan bu plan Cənubi Qafqazda güc xəritəsini yenidən cızmaq cəhdlərinin bir hissəsidir”.
Fərda Uğur