Tanzaniyada bərənin batması nəticəsində 40-dan çox sərnişin həlak olub

Tanzaniyada bərənin batması nəticəsində 40-dan çox sərnişin həlak olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanzaniyada sərnişin bərəsinin batması nəticəsində azı 44 nəfər həlak olub.

TİA.AZ  xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadla Capital Television telekanalı məlumat yayıb.

Məlumatda qeyd edilir ki, hadisə sentyabrın 20-də Viktoriya gölündə baş verib. Mvanza şəhərinin regional komissarı Con Monqella bildirib ki, xilasedicilər tərəfindən 44 cəsəd aşkar olunub, 37 nəfər isə xilas edilib. Hazırda axtarış-xilasetmə əməliyyatı davam edir.

Bərənin göyərtəsində olan sərnişinlərin dəqiq sayı məlum deyil. Bu bərə 100-dən çox sərnişin, 25 ton yük və bir neçə kiçik nəqliyyat vasitəsi daşımağa qadirdir.

Yerli kütləvi informasiya vasitələrinin yazdığına görə, Tanzaniya hökuməti həlak olanların sayının 200-ü keçəcəyini güman edir.