Tanoyandan gülməli iddia: “Ermənistanda torpaq sürüşməsini Azərbaycan edir”backend

Tanoyandan gülməli iddia: “Ermənistanda torpaq sürüşməsini Azərbaycan edir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın sabiq ombudsmanı Arman Tanoyan yeni “hesabat”ını açıqlayıb. Tribunainfo.az xəbər verir ki, bu dəfə də Azərbaycanı qaralmağa çalışıb.
Onun yaratdığı “Tanoyan Fondu” iddia edib ki, Azərbaycan Ordusu Nerkin Hınd kəndi yaxınlığında yerləşdikdən sonra guya, 10 min ədəd ağac kəsib.
Hərçənd o, bu ərazilərə girə bilmədiklərini də deyir. Əgər əraziyə girə bilmirlərsə, bu dəqiq “rəqəmi” necə müəyyən ediblər?
Onun bu iddiası ilə yanaşı, gülməli bir “dəqiqləşdirməli” də mövcuddur. Belə ki, Tanoyan torpaq sürüşmələrinin də Azərbaycanla əlaqəli olduğunu deyib. “Azərbaycan Ordusu ərazidə iri və ağır mülki və hərbi texnikadan istifadə etdiyi üçün torpaq sürüşmələri baş verir” .
P. S. Görəsən, Tanoyan kəsilmiş ağacları bir-bir sayıb, yoxsa topdan? Torpaq sürüşməsinin texnikanın hərəkəti ilə əlaqələndirmək isə yalnış ermənilərin ağlına gələ bilər.