Dünya şöhrətli musiqiçi Serj Tankyan “Diktatura rejiminin əməllərinə haqq qazandırmağa kömək etməmək” üçün “Imagine Dragons” qrupunu sentyabrın 2-də Bakıda keçiriləcək konsertini ləğv etməyə çağırıb.
Tribunainfo.az xəbər verir ki, Serj Tankyan sosial şəbəkədəki səhifələrində yazır ki, konsertdən xəbər tutan kimi nümayəndələri vasitəsilə Imagine Dragons qrupuna məktub göndərib.
Musiqiçi məktubuna müxtəlif yazılar əlavə etdiyini, lakin cavab almadığını bildirir.