Paytaxtın Biləcəri qəsəbə sakini Kamran Hidayətovun tanışına olan inamı onun başına iş açıb. O, sadəcə SIM-kart almağa kömək etdiyi tanışı sayəsində özünün xəbəri olmadan şirkət sahibi olub və nəticədə külli miqdarda borcu yaranıb.
Tribunainfo.az xəbər verir ki, Kamran Hidayətovun sözlərinə görə, adi bir SIM-kartla başına bu cür oyun açılacağını heç vaxt düşünməyib.
Məsələ ilə bağlı Dövlət Vergi Xidmətindən bildirilib ki, bu cür halların sayı son vaxtlar artmaqdadır.