Tanınmış yazar Azərbaycan Beynəlxalq Bankından Şikayət etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Vətəndaşa qarşı bu cür nadan davranışın adını nə qoyaq?”
 TİA.AZ xəbər verir ki, tanınmış yazar Cəlil Cavanşir  Azərbaycan Beynəlxalq Bankından narazı qaldığını bildirib: “Dələduzluğun bu qədərinə söz tapa bilmirəm.Azərbaycan Beynəlxalq Bankına kredit borcum var. Razılaşmaya görə maaş kartımdan hər ay 96 manat pul tutulmalıdır. Bura qədəri anlaşılandır. Bu ay maaş karta köçər-köçməz 96 manatlarını çıxdılar. Mən də “bir borcdan canım qurtardı” düşüncəsi ilə kartımda qalan pulu saxladım ki, ev kirayəsini ödəyərəm.Bu gün səhər telefonuma mesaj gəldi ki, Bank yenə 96 manat pul çəkib kartımdan. Zəng edirəm, bu gün işləmədiklərini deyirlər. İndi dərdimi kimə deməliyəm? Bu nə özbaşınalıqdır? Vətəndaşa qarşı bu cür nadan davranışın adını nə qoyaq?”

NÜŞABƏ
TİA.AZ