backend

TANINMIŞ VƏKİL VİTSE-PREZİDENTƏ MÜRACİƏT ETDİ-ƏSABİL QASIMOVA GÖRƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış vəkil Osman Kazımov Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət ünvanlayıb.  Tanınmış vəkil Osman Kazımov Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət ünvanlayıb.

Müraciətdə bildirilir:“Mehriban xanım Əliyeva. Məcburi köçkünlər alnının təri,əlinin qabarı və balalarının ehtiyacları ilə taxıl əkərək ailələrini dolandırmaq istəyiblər. Bu məqsədlə 175 ton, 300 kiloqram taxılı deputat Əsabil Qasımova məxsus olan “Karmen” MMC-yə təhvil veriblər.İndi bu taxıl buxarlanıb, yoxa çıxıb. Azərbaycan Respublikası DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsində 150270301 saylı cinayət işi istintaq edilir.Oğruların kimliyi də bəllidir.Ehtiyac içində,ac-yalavac dolanan o yazıq insanların müraciət etmədiyi ünvan qalmayıb. Amma 175 ton, 300 kiloqram taxıl oğurlanıb, pulu çatmayıb.175 ton buğda prezident aparatının inzibati binası boyda edir. Köçkünlər ehtiyac içindədir. Mehriban xanım, onlardan biri də canını torpaqlarımız uğrunda qurban verən şəhid ailəsidir. Yessentukidə 1 milyard dollara Rusiyanın ən böyük sanatoriyasını tikənin kim olduğunu biliməmiş deyilsiniz. Köçkünün,şəhid ailəsinin pulunu yemək çox böyük haram və günahdır.Sakinlər prezident İlham Əliyevə, daxili işlər naziri Ramil Usubova, baş prokuror Zakir Qaralova, Füzuli rayonunun deputatı Bahar Muradovaya müraciət ediblər”.