Azərbaycanın Əməkdar həkimi, uşaq cərrahı, tibb elmləri doktoru, professor Rauf Quliyev vəfat edib.
Tribunainfo.az xəbər verir ki, bu barədə Mərkəzi Neftçilər Xəstəxanası (MNX) məlumat yayıb.
Qeyd edilib ki, o, 71 yaşında uzunsürən xəstəlikdən dünyasını dəyişib.
Xatırladaq ki, R.Quliyev Mərkəzi Neftçilər Xəstəxanasının əməliyyat və rezidentura şöbəsinin müdiri vəzifəsində çalışırdı.