Türk ədəbiyyatının tanınmış nümayəndəsi Demir Özlü vəfat edib.
Uzun illərdir Stokholmda yaşayan 85 yaşlı yazıçı, fevralın 13-də ürək tutmasından dünyasını dəyişib.
Demir Özlü 1935-ci il sentyabrın 9-da İstanbulda doğulub.
Uşaqlıqdan şeirlər yazmağa başlayan Demir Özlü, 1959-cu ildə İstanbul Universitetinin Hüquq Fakültəsində təhsil alıb. 1961-62-ci illərdə isə Sorbonna Universitetində fəlsəfə təhsili alıb, Türkiyəyə qayıdan mərhum yazıçı 1971-ci ildə həbs edilib. Ağır günlər yaşayan Demir Özlü 1979-cu ildə Türkiyədən baş götürüb, Stokholma köçür. 1980-ci ildə Türkiyədə baş verən hərbi çevrilişdən sonra yazıçını vətəndaşlıqdan çıxarırlar. Mərhum yazıçı Vətəninə 1989-cu ildə qayıda bilir. Həmin tarixdən etibarən İstanbul və Stokholmda yaşayan Demir Özlü, “Bunaltı”, “Soluma”, Boğuntulu Sokaklar”, “Öteki Günler Gibi Bir Gün”, “Bir Uzun Sonbahar”, “Bir Küçükburjuvanın Gençlik Yılları” , “Aşk ve Poster”, “Bir Beyoğlu Düşü” , “Berlin’de Sanrı” və.s. roman və hekayə kitablarının müəllifidir.
Mərhum yazıçının bacısı Tezer Özlü və Sezer Duru da tanınmış yazıçı və tərcüməçi kimi məşhurdur.
Ülviyyə Həsənqızı








