Yeni mövsümün hazırlıqlarını davam etdirən “Füzuli” komandası vakant qalan baş məşqçi postuna əcnəbi mütəxəssis dəvət edib.
Tribunainfo.az bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Türkiyə və Azərbaycan futbol ictimaiyyəti tərəfindın yetərincə tanınan İbrahim Uzunca bundan sonra sözügedən komandanın uğurları üçün çalışacaq.
62 yaşlı, UEFA PRO kateqoriyalı və TFF 1-ci liqasında çalışmış məşqçi ilə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, İbrahim Uzunca 2011-ci ildən etibarən fasilələrlə “Lokomotiv Biləcəri”, “Bakı”, “Şahdağ” Quba” və “Xan Lənkəran” klublarının çalışdırıcısı olub.
Türkiyədə isə “Adana Demirspor”, “Kayseri Erciyesspor”, “Pozantı Genclik”, “Kadirli Demir” və “Osmaniyespor” klublarının baş məşqçisi postunda çalışıb.
Onu da qeyd edək ki, Uzunca məşqçilik karyerasına 1995-ci ildə başlayıb və bu işdə təxminən 29 illik təcrübəyə malikdir.