Tanınmış tiktokerə hökm oxundu

Tanınmış tiktokerə hökm oxundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Narkotiklərin satışında ittiham edilən tiktoker Zeynəb Ən-Nəimi yə hökm oxunub.

Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Hökmə əsasən təqsirləndirilən şəxs 5 il 1 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, dövlət ittihamçısı Vüsal Mehrəliyev çıxış edərək Zeynəb Ən-Nəiminin 7 il 1 ay müddətində azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, Zeynəb Ən-Nəimi tanınmış tiktoker kimi də fəaliyyət göstərib.

Xatırladaq ki, Zeynəb Ən-Nəimi Nəsimi RPİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb və ona Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) ilə ittiham verilib./Trend