backend

Tanınmış şair vəfat etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış şair Camal Yusifzadə bu səhər qəfil dünyasını dəyişib. 

Tanınmış şair Camal Yusifzadə bu səhər qəfil dünyasını dəyişib.

Bu barədə Kulis.az-a mərhumun həyat yoldaşı məlumat verib. O, bildirib ki, Camal müəllim ürək xəstyəliyindən əziyyət çəkirdi, gecə yatıb və yxudan ayılmayıb.

Camal Yusifzadə 1941-ci il avqustun 19-da Lənkəran şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra Bakıda ADU-nun tarix fakültəsində təhsil alıb. Tələbəlik illərində bədii yaradıcılığa başlayıb, ilk şerini 1963-cü ildə Lənkəranda çıxan “Leninçi” qəzetində dərc etdirib.

Əmək fəaliyyətinə Lənkəranda “Leninçi” qəzeti redaksiyasında ədəbi işçi kimi başlayın, həm də 2 saylı şəhər orta məktəbində tarix müəllimi olub. Sonra Bakıda Azərbaycan Sovet Ensiklopediyasında elmi redaktor, böyük elmi redaktor vəzifələrində işləyib (1966-1972). “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında teatr, kino və musiqi şöbəsində ədəbi işçi, sonra şöbə müdiri olub (1972-1990).

Televiziya və Radio Verilişləri Şirkətində ədəbi dram verilişləri baş redaksiyası baş redaktorunun müavini olub (1991-1998).

Həmin şirkətdə Azərbaycan Telefilm Yaradıcılıq Birliyinin baş redaktoru işləyirdi (1998-ci il-dən). Onun “Dağlar arxasız olmur”, “İtil getlər”, “Kim dəli, kim ağıllı”, “Ölümü köynəkdən keçirən oğul”, “Sabaha ömür payı qazananlar” və s. pyesləri tamaşaya qoyulub.

Şair, dramaturq, nasir Camal Yusifzadə 1978-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1979-cu ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü olub.

Allah rəhmət eləsin.