Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə yeni dekan təyin edilib.
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə yeni dekan təyin edilib.
Artıq bu vəzifəni fakültənin Beynəlxalq jurnalistika kafedrasının müəllimi, tanınmış politoloq Vüqar Zifəroğlu icra edəcək.
Universitetin Mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova TİA.AZ-a bildirib ki, Şamil Vəliyev öz ərizəsi ilə işdən ayrılandan sonra bu vəzifənin icrası Cahangir Məmmədliyə həvalə edilmişdi: “Cahangir Məmmədli dekan vəzifəsini müvəqqəti əvəz edirdi. Lakin Vüqar Zufəroğlu artıq bu vəzifəyə təyin edilib”.