Tanınmış pediatr dünən yük maşınının törətdiyi dəhşətli qəzadan son anda xilas ola bilib.
Tribunainfo.az xəbər verir ki, bu barədə pediatr Günay Rəsulova özü məlumat paylaşıb.
O bildirib ki, qəza törədən yük avtomobili ilə üz-üzə gələn onun idarə etdiyi avtomobil olub:
“Orta zolaqdakı qara maşında mənəm.
Allah sükan arxasındakı bütün sürücülərimizi qorusun. Amma lütfən hər kəs yolda daha diqqətli olsun. Evinə, ocağına, sevdiklərinin yanına yol alan, onlara toxunmaq üçün tələsənlər diqqətsiz sürücülərin qurbanları olmasın. Sükan arxasında sevdiklərimiz gözümüzün önündə olsun. Lütfən”.
Qeyd edək ki, sentyabrın 7-də, saat 16:30 radələrində Bakı–Qazax yolunun 312-ci kilometrində, Goranboy rayonu ərazisində “Mercedes” markalı yük avtomobilinin iştirakı ilə qəza baş verib.
Türkiyə vətəndaşı, 2002-ci il təvəllüdlü Taha Ali Şimşek idarəetməni itirərək əvvəlcə yolun ortasındakı maneələrə çırpılıb, daha sonra qeyri-yaşayış obyektinə daxil olub. Sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Qəzanın səbəbi sükan arxasında yatan sürücünün diqqətin itməsi itirməsi olub.
Gülşən Rəsul