TANINMIŞ OLİQARX AYDIN DƏMİRÇİNİN “FERRUM CAPİTAL”I MƏHKƏMƏLƏRDƏ…

TANINMIŞ OLİQARX AYDIN DƏMİRÇİNİN “FERRUM CAPİTAL”I MƏHKƏMƏLƏRDƏ…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“AQA Şirkətlər Qrupu”na daxil olan və 2017-ci ildə yaradılmış kapital şirkəti “Ferrum Capital” müştərilərini məhkəmələrə verməyə başlayıb. Bu holdinq iş adamı, əslən Qax rayonundan olan Aydın Dəmirçiyə aiddir. “AGA Group”un Şəki, Qax və Qarabağda fındıq bağları yaradıan “Monte Ferro” MMC adlı şirkəti də var. Şirkətin portfelində Bakıda “Demirçi Tower”, “AGA Center”, “Caspian Plaza”, “Caspian Business Center”, “Ariana Business Park” kimi biznes mərkəzləri daxildir. Qrup həmçinin maliyyə sahəsində – “Caspian Audit”, “Ferrum Capital” və BOKT “City Finance” kimi şirkətlərə sahibdir.


Tribunainfo.az yazır ki, şirkətlərdən biri olan “Ferrum Capital”ın Xəzər rayon Məhkəməsində hakim Emin Məmmədlinin sədrliyi ilə müştəri Rzayev Natiq Asif oğlu barəsində iddiasına baxılıb. Məhkəmə iyunun 14-də baş tutub. “Ferrum Capital” eyni rayon məhkəməsində daha bir vətəndaşa – Həsənov Musa Rüstəm oğluna iddia qaldırıb. Eyni gündə bu işə isə hakim Emin Rüstəmov sədrlik edib. Şirkət həmçinin Məmmədov Mirməmməd MirBaba oğlunu da məhkəməyə verib. Bu işə də hakim Emin Məmmədli sədrlik edib. Bütün mübahisələr kredit ödənişləri ilə əlaqədardır.