Tanınmış klub “Qarabağ”lı üçün skaut göndərə bilərbackend

Tanınmış klub “Qarabağ”lı üçün skaut göndərə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belçikanın “Anderlext” klubu “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyevlə maraqlanır.

Futbolpress.az xəbər verir ki, Brüssel təmsilçisi Konfrans Liqasında bu gün “Gent”ə qarşı keçiriləcək matçda müdafiəçini izləmək üçün skaut göndərə bilər. Bu barədə Belçika mətbuatı məlumat yayıb. Xəbərdə Elvinlə Türkiyənin “Antalyaspor” klubunun da maraqlandığı qeyd olunub.

Cəfərquliyev bu mövsüm 32 oyunda 2 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.

“Gent” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Komandalar arasında ilk matçda Azərbaycan təmsilçisi minimal hesablı qələbə qazanıb – 1:0.