Tanınmış jurnalist Anar Niftəliyevə ağır itki üz verib.Anar Niftəliyevin anası Güllübəyim Niftəliyeva uzun sürən xəstəlikdən sonra bu gün vəfat edib.
Bakupost.az-ın məlumatına görə, Güllübəyim Niftəliyevanın beyninə qan sızıb. Mərhumə bir gün komada qalıb, bu gün isə keçinib.
G.Niftəliyevanın yas mərasimi aprelin 16-da Şamaxının Şıxzahirli kəndində olacaq.
Qeyd edək ki, A.Niftəliyevin qardaşı, tanınmış aşıq Vüqar Mahmudoğlu da ötən ilin yanvar ayında dünyasını dəyişmişdi.
Jurnalistin xanımı, tənqidçi Elnarə Tofiqqızı da 2013-cü ildə “Medi Sina” klinikasında əməliyyat zamanı vəfat etmişdi.