Türkiyənin Kral Pop kanalında bu həftənin qalibi erməni ifaçı Super Sako Ft Spitakci Hayko Mi Gnanın mahnısı top onluqda yer almaqda davam edir. Türkiyənin Kral Pop kanalında bu həftənin qalibi erməni ifaçı Super Sako Ft Spitakci Hayko Mi Gnanın mahnısı top onluqda yer almaqda davam edir.
Bu bardə Xeberman.com -a müsahibə verən tanınmış jurnalist,analoq.az saytının baş redaktoru Savalan Talıblı məlumat verib.O qeyd edib ki,Kral Pop Azərbaycanın hər yerində sevilən və izlənilən kanaldır.
Şübhəsiz ki,Kral Popun erməni mahnısını yayınlanması və təbliğ etməsi erməniylə bərabər Azərbaycana təcavüz etməsi deməkdir.
Onsuz da biz tarix boyu ermənilərdən özümüzə qarşı çox haqsızlıqlar görmüşük.Dünyanın hər yerində bizə qarşı əks təxribat və təbliğat aparan ermənilər bu dəfə öz missiyalarını məşhur türk kanalıyla etməyə çalışırlar.
Türkiyə kanalında yayınlanan erməni mahnısı məni öz dədə-baba torpaqlarından deportasiya edilən bir vətəndaş kimi ciddi narahat edir.
Bununla bağlı Milli Televiziya və Radio Şurasının sədri cənab Nuşirəvan Məhərrəmli Kral Popun Azərbaycanda yayımının dayandırılmasıyla bağlı müraciət etməyi planlaşdırıram.Əminəm ki,Nuşirəvan müəllim bu müraciətimi müsbət qarşılayacaq” deyə qeyd edib.