Bakı Kommersiya Məhkəməsində “Lenkeran Hotel And Resort Company” MMC-nin “Azəriqaz” İB-yə qarşı məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Kənan Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, iddia qismən təmin edilib.
Qeyd: “Lenkeran Hotel And Resort Company” MMC “Azəriqaz” İB-ni məhkəməyə verərək müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr və mülki dövriyyənin iştirakçıları arasında hesablaşmalar barədə tələb irəli sürüb.