Tanınmış endokrinoloq Jalə Oqtayzadə 122 saylı Xankəndi seçki dairəsindən deputatlığa namizədliyini irəli sürüb.
Jalə Oqtayzadə 1988-ci ildə Tərtər rayonunda anadan olub. 2013-cü ildə Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirib.
Daha sonra Türkiyənin “İstanbul Eğitim və Araşdırma” xəstəxanasında endokrinologiya ixtisası üzrə bir çox kursları müvəffəqiyyətlə başa vurub.
Sentyabr ayında baş tutan 1 günlük antiterror əməliyyatından sonra müzəffər ordumuzun işğaldan azad etdiyi Xankəndi şəhərində könüllü olaraq həkim kimi fəaliyyətə başlayıb.
O, oktyabr-iyun ayları ərzində Xankəndi Şəhər Xəstəxanasının baş həkimi vəzifəsində çalışıb.
Jalə Oqtayzadə fəaliyyəti ərzində bir çox özəl klinikalarda işləyib, ixtisası üzrə müxtəlif beynəlxalq dərəcəli sertifikatlara yiyələnib.
COVID-19 pandemiyası dövründə könüllü həkim kimi koronaviruslu xəstələrin müalicəsi ilə məşğul olub.
Hazırda Referans Medikal Qrupda fəaliyyətini davam etdirir.
Tanınmış həkim “Türkiye endokrinoloji ve metabolik hastalıklar” dərnəyinin də üzvüdür.